AzTV-nin əməkdaşları Xocasəndə ağac əkdilər  (+FOTO=12, +VİDEO)

AzTV-nin əməkdaşları Xocasəndə ağac əkdilər  

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası Binəqədi rayonunun Xocasən qəsəbəsində keçirilib.

 

Genişmiqyaslı ağacəkmə aksiyasına “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları da qoşulub.

 

Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

 

Qeyd edək ki, builki “Yaşıl marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020