Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa…
Bu xəbəri paylaş
Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa…
Sumqayıt Dövlət Dram Teatrında repertuar siyasətinə xüsusi önəm verilir. Mütəmadi yenilənən və gənc nəslin formalaşmasına, bədii estetik zövqünü zənginləşdirən repertuara gənclərin həyatından bəhs edən əsərlər əlavə edilir.
Hazırda teatrda daha yeni bir əsərin oxu məşqlərinə başlanıb. Rövşən Ağayevin qələmə aldığı "Bir gecənin nağılı" pyesinə quruluş vermək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva dəvət edilmişdir.
Baş rolları gənc aktyorlar Elay Xasıyev və Məryəm Hüseynli oynayacaqlar.
Həmişə olduğu kimi teatr rəhbərliyi bu dəfə də gənc aktyorların özlərini təsdiq etməsi üçün şərait yaradıb.
Yeni tamaşanın may ayının sonunda tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)