COĞRAFİYAÇI ALİM MƏQALƏSİNİ SU PROBLEMLƏRİNƏ HƏSR EDİB
Bu xəbəri paylaş
COĞRAFİYAÇI ALİM MƏQALƏSİNİ SU PROBLEMLƏRİNƏ HƏSR EDİB
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, professor Rza Mahmudovun “Azərbaycan” qəzetində “Bəşəriyyəti düşündürən qlobal problem” www.azerbaijan-news.az/az/posts/detail/beseriyyeti-dusunduren-qlobal-problem-1647723675 adlı məqaləsi dərc edilib.
Keçən ay qeyd edilən Ümumdünya Su Günü və Ümumdünya Meteorologiya Gününə həsr edilmiş məqalədə müəllif bəşəriyyətin bu günü və gələcəyinin hidrometeoroloji şəraitdən, onu yaradan amillərin kompleks tədqiqindən asılılığını diqqətə çatdırıb. O qeyd edib ki, ekspertlərin hesablamalarına görə, bütün dünya üzrə hidrometeoroloji xidmət sahələrinə qoyulan orta xərc 4 milyard, bu xidmət sahələrindən iqtisadi effekt isə 20-40 milyard dollar təşkil edir.
Hazırda dünyada bəşəriyyət üçün su və iqlim dəyişmələri kimi iki təbii problemin olduğuna diqqət çəkən alim bunun dövlətlərarası siyasi-iqtisadi münasibətlərin əsasına çevrildiyini bildirib. Onun sözlərinə görə on dövrlər planetar miqyasda davam edən iqlim dəyişmələri hidrometeoroloji şəraitdə anomal proseslərin dinamikasını artırmaqla müxtəlif növ təbii fəlakətlərin baş verməsinə səbəb olur. ÜMT-nin məlumatlarına görə, dünyada baş verən təbii fəlakətlərin 85 faizə qədəri məhz hidrometeoroloji proseslərlə bağlıdır. Son zamanlar ölkə çaylarında, xüsusən Kür və Arazda illik axımın, ümumən su ehtiyatlarının azalması, birbaşa qlobal iqlim dəyişmələri onun regional təsirləri ilə bağlıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)