AMEA Dendrologiya İnstitutu, Türkiyənin ISRES cəmiyyəti “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir +FOTO=2
Bu xəbəri paylaş
AMEA Dendrologiya İnstitutu, Türkiyənin ISRES cəmiyyəti “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
01-04 iyul 2022-ci il tarixlərində AMEA Dendrologiya İnstitutunun ev sahibliyi ilə, ISRES cəmiyyəti, Türkiyə təşkilaşığı ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfrans keçiriliəcək.
Konfrans Təhsil və Elmdə Tədqiqat üzrə Beynəlxalq Cəmiyyət (ISRES) tərəfindən təşkil olunur. ICMEHELS müntəzəm olaraq təşkil edilən illik konfransdır.
Konfransın məqsədi müxtəlif ölkələrdən olan alimləri, tələbələri və idarəçiləri bir araya gətirmək və Tibb, Sağlamlıq və Həyat Elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə etməkdir.
Konfransa daxil olan məqalələr Elmi Komitə tərəfindən qiymətləndirilərək “Konfrans Materialları” xüsusi buraxılışında dərc olunacaqdır.
Bununla yanaşı nüfuzlu məqalələr Web of Science və Scopus bazasında yerləşdiriləcək.
Qeyd edək ki, ISRES Konfransları daha öncə Lissabon (Portuqaliya), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) keçirilib.
Konfransın keçiriləcəyi ünvan AMEA Dendrologiya İnstitutu , Bakı Mərdəkan qəsəbəsi S.Yesenin 89
Tezislər/təkliflər üçün son tarix: 30 may 2022-ci il
E-mail: icmehelsoffice@gmail.com
Web: https://www.2022.icmehels.net/
Whatsapp: +90 532 592 02 19 (Dr. Kiray),
+99477 300 31 73
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

