"Söz-söhbətsiz ailəmi var? Qadın gərək evdə boşluğa yol verməsin..." Elnarə Xəlilova ilə "Üzə-düz" - VİDEO

"Söz-söhbətsiz ailəmi var? Qadın gərək evdə boşluğa yol verməsin..." Elnarə Xəlilova ilə "Üzə-düz" - VİDEO

"Heç vaxt toy biznesinə qatılıb, çoxlu pul qazanmaq iddiasında olmadım çünki özümü belə xərcləmək istəmədim. Səhnədə daha yaxşı hiss edirəm özümü. Toy da mini konsertdir. Əgər sən hər gün toyda olsan, konsert verməyə gücün qalmaz ki... Başqa bir məsələ, səni hamı hər gün istədiyi məclisdə görürsə, onda sabah sənin konsertinə kim bilet alıb gələr? Tamaşaçı səninçün darıxmalıdır, sən əlçatmaz olmalısan".


"Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Gəlin, monitorinq edək, görün, radiolarda bir dənə də olsa bayağı musiqi eşidə bilərsiniz? Xeyr! Çünki radiolar öz simalarını qoruyub saxlaya biliblər. 10 ildir TV-yə baxmıram. Aparıcı, qonaq özünü apara bilmir, danışığını bilmir... "


"Sənətimdə heç bir zaman sükut yaranmayıb. Elnarə digər yaşıdları, həmkarlarından fərqli olaraq yalnız pop ifaçı deyil. 2 universitet bitirib. Ali təhsilli xanəndəyəm. Ana olmağımla fəxr edirəm, düzdür, bu mənim birinci missiyam amma istəmirəm tamaşaçımda belə fikir yaransın ki, mən bu dünyaya yalnız ana olmaq, övlad dünyaya gətirmək üçün gəlmişəm. Xeyr!"


"Hələ ki heç bir plastik əməliyyatım yoxdur. Pis də baxmıram. Gələcəkdə ehtiyac olarsa, edərəm niyə də yox?! 50 yaşımda edərəm ki, 18 yaşında qız kimi görsənim. Gülür...İnsan hər yaşda olduğu kimi görünməlidir əslində. Məsələn, bilirik ki, Ajda Pekkan 70+ yaşı var, sinif yoldaşları ilə fotosu paylaşılıb. Baxırsan ki, Ajda kukla kimi, onlar isə nənə kimi görünür. Bu çox qeyri-təbiidir.50 yaşın var, niyə cavan qız kimi görünəsən axı? Nədi, odu da?! Gülür...".

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020