Dörd şahmatçımız AÇ-dan DK-ya vəsiqə qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dörd şahmatçımız AÇ-dan DK-ya vəsiqə qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dörd şahmatçımız AÇ-dan DK-ya vəsiqə qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Vasif Durarbəyli Avropa çempionatında 8 xalla 8-ci olub

 

Sloveniyanın Terme Çateje şəhərində kişi şahmatçılar arasında keçirilən və Dünya Kubokuna seçmə xarakteri daşıyan şəxsi Avropa çempionatı 11-ci turla başa çatıb. 312 şahmatçı arasında yer alan 15 təmsilçimizdən 4-ü - Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüsüeynov çıxışını Top-10-da başa vurmaqla Dünya Kubokuna vəsiqə qazanıb. Reqlamentə görə AÇ-da ilk 20 yeri (Top-20) tutan şahmatçılar bu hüquqa malik olublar. DK-ya vəsiqə qazanan Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Vasif Durarbəyliyə məxsus olub. Beləki, hərəyə 8,5 xal toplayan almaniyalı Mattias Blybaum və erməni Qabriel Sarkisyanın ilk iki yeri tutduğu yekun cədvəldə Vasif durarbəyli daha 5 şahmatçı ilə birlikdə 3-8-ci yerləri bölüşüb. Əlavə əmsallara görə, Durarbəyli 8-ci yeri tutub. Maraqlıdır ki, Vasif Durarbəlinin ardınca hərəyə 7,5 xal toplayan azərbaycanlı şahmatçılar - Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov müvafiq ardıcıllıqla 9-11-ci yerləri tutub. Bu isə o anlama gəlir ki, adıçəkilən şahmatçımızın dördü də Dunay Kubokunda iştirak etmək hüququ qazanıb. Digər şahmatçılarımıza gəlincə, Nicat Abbasov 7,5 xalla 26-ı yeri tutub. O, yalnız əlavə əmsallara görə Top-20-dən kənarda qalıb. Hərəyə 7 xal toplayan Eltac Səfərli, Riyad Səmədov, Aydın Süleymanlı, yeganə qadın təmsilçimiz olan Gövhər Beydullayeva və Əhməd Əhmədzadə müvafiq olaraq, 35, 38, 43, 46 və 50-ci yeri tutub. Vüqar Əsədli ilə Məhəmməd Muradlı hərəyə 6,5 xal toplamaqla 64 və 67-ci pillədə qərarlaşıb. İbrahim Muradlı 6 xalla 115-ci, Toğrul Həsənzadə isə 5 xalla 204-cü olub.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020