Şəhriyar Məmmdəyarov FİDE Qran-Prisində 7-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Şəhriyar Məmmdəyarov FİDE Qran-Prisində 7-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünya Şahmat Tacı uğrğnda keçiriləcək iddiaçılar turnirinə seçmə xarakterli FİDE Qran-Prisinə Berlində (Almaniya) keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun da qatıldığı 3-cü mərhələ yarışı ilə yekun vurulub. Məmmədyarovun yarımfinalda ABŞ təmsilçisi Xikaru Nakamuraya uduzduzaraq mübarizəni dayandırdığı bu mərhələ yarışının qalibi isə Nakamuranı həlledici finalda üstələyən (2.5:1,5) Uesli So (ABŞ) olub. 3 Qran-Prinin yekunlarına görə, ilk iki yeri tutan Xikaru Nakamura (23 xal) və macarıstanlı Rixard Rapport (20 xal) iddiaçılar turnirində iştirak etmək hüququ qazanıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova gəlincə, reqlamentə əsasən 3 mərhələ yarışından yalnız ikisində iştirak edən şahmatçımız 24 iştirakçı arasında 7-ci yeri tutub. Bununla yanaşı o, həm də 20 min avro mükafat qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

