Elmar Qasımov dönüşü ilə reytinqdə 13 pillə irəliləyib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elmar Qasımov dönüşü ilə reytinqdə 13 pillə irəliləyib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elmar Qasımov dönüşü ilə reytinqdə 13 pillə irəliləyib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Ötən həftə Antalyada (Türkiyə) cüdo üzrə keçirilən "Böyük Dəbilqə" turnirindən sonra İJF cüdoçuların yeni reytinq cədvəlini elan edib. Yeni cədvəldə diqqətçəkən məqamlardan biri yenidən yığmaya dönən veteran cüdoçu Elmar Qasımovun (100 kq) birdən birə 13 pillə irəliləməsidir. Antalyada yığmamızın aktivinə yazılan yeganə bürünc medalın sahibi Qasımov (1271 xal) 24-cü pilləyə qalxıb. Onunla eyni çəkidə güləşən Zəlim Kotsayevsə (2762) 2 pillə aşağı düşərək, 11-ci olub. Daha bir tatami ustamız - 90 kq-da mübarizə aparan Rauf İsmayılov da (395 xal) 13 pillə irəliləməklə 70-ci olub. Digər cüdoçularımıza gəlincə, 60 kq-da Kəramət Hüseynov ((2942) 3-cü, bir pillə geriləyən Balabəy Ağayev (1750) 18-ci, 5 pillə aşağı düşən Davud Məmmədsoy (840) isə 44-ü yerdədir.

 

66 kq-da çıxış edən və Antaliada 5-ci yeri tutan Orxan Səfərov (3320) bir pillə qalxaraq reytinqdə də 5-ci olub. Həmin çəkidə Yaşar Nəcəfov (825) 8 pillə irəliləməklə 38-ci yeri tutub.

 

73 kq çəkidə Hidayət Heydərov (3420) yenə də 3-cü yerdədir. 3 pillə yüksələn Rüstəm Orucovsa (2072) 15-ci olub.

 

81 kq-da iki pillə geriləyən Murad Fətiyev (2024) 14-cü, iki pillə irəliləyən Elcan Hacıye (970) isə 37-cidir.

 

+100 kq çəki dərəcəsində tatamiyə çıxan Uşanqi Kokuari (2553) 10-cu yerdən 9-a qalxıb.
Zərif cinsdən olan cüdoçularımıza gəlincə, 48 kq-da Leyla Əliyeva (815) 41-ci, 3 pillə geriləyən Ayşən Qurbanlı (456) 57-ci, 3 pillə yüksələn Şəfəq Həmidova (370) isə 66-cıdır.

 

52 kq-da güləşən Gültac Məmmədəliyeva (786) 6 pillə qalxaraq, 37-ci olub. 57 kq- çəkidə tatamiyə çıxan İçinxhorloo Munktsedev (860) 41-dən 39-a qlxıb. Qadın yığmamızın lideri, +48 kq-da çıxış edən İrina Kindzerskaya (2220) isə yenə də 15-cidir.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020