Bülbülün Memorial Muzeyində "Azad Şuşa" adlı tədbir keçirildi +FOTO=7

Bülbülün Memorial Muzeyində "Azad Şuşa" adlı tədbir keçirildi +FOTO=7

Bülbülün Memorial Muzeyində "Azad Şuşa" adlı tədbir keçirildi 

 

07 aprel 2022-ci il tarixində Bülbülün Memorial Muzeyində "AYTAM" Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai birliyi ilə birgə "Şuşa ili"nə həsr olunmuş "Azad Şuşa" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Cabbarova Fərqanə qonaqları salamlamış, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən "Şuşa ili" elan edildiyini qeyd etmişdir.

 

"AYTAM" Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai birliyinin sədri Aygün Zamanlı Müzəffər Azərbaycan Ordusunun qələbəsindən söhbət açmışdır.

 

Tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Səid Quliyev, Elza Hacıyeva, Nəzrin Bağırlı, Teymur Vəliyev çıxış etmişdirlər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020