Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi işləri ilə tanış olub (+FOTO=15, +VİDEO)

Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi işləri ilə tanış olub (+FOTO=15, +VİDEO)

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirib.

 

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunelavtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

 

Saleh Məmmədov layihədə çalışan işçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq göstərişlər verib.

 

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı Şuşa rayonlarının ərazisindən keçən I texniki dərəcəli 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

 

Yol boyu 7 tunelin tikintisi aparılır. Tunellər şərti olaraq T1A(3 340m), T1(314.9 m), T2(556.9m), T3(680.3 m), T4(540.6m), T5(454.8m) və T6(446.3 m) adlandırılır.

 

Qazma işləri bir-neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa tunellərdə havalandırma izolyasiya sistemləri də quraşdırılır.

 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

 

4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.521.5 metr təşkil edir.

 

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020