Ağırlıq qaldırıanların ölkə çempionatına start verilib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Ağırlıq qaldırıanların ölkə çempionatına start verilib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Çempionatın açılış mərasimi də bu gün olub. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov çıxış edərək yarış iştirakçılarına uğur arzulayıblar. Azərbaycan Ağır Atletika Fedrasiyasından aldığımız məlumata görə, daha sonra qadınlar arasında yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib. Qadınlar arasında Azərbaycan çempionatının qaliblərinə medal, diplom və hədiyyələr təqdim olunub. Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təltif ediblər.
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrini təmsil edən 100-dən çox atlet mübarizəyə qatılıb.
Körpücük üzərinə ilk olaraq zərif cinsin nümayəndələri çıxıblar. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 187 kq (83+104) çəkinin öhdəsindən gələn Anastasiya Moum 231.80 xalla qızıl medala layiq görülüb. Toplam 137 kq (61+76) nəticə və 230.06 xalla Nazilə İsmayılova ikinci, toplam 175 kq (75+100) nəticə və 214.20 xalla Elnarə Abbasova üçüncü pillədə qərarlaşıblar.
Ağır atletika üzrə Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)