Avropa birinciliyinə gedəcək gənc boksçulardan ibarət yığmamızın heyəti müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Avropa birinciliyinə gedəcək gənc boksçulardan ibarət yığmamızın heyəti müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Xəbər verdiyimiz kimi, aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında növbəti Avropa birinciliyinə start veriləcək. 10 gün davam edəcək qitə birinciliyində Azərbaycan boksçuları da rinq döyüşünə çıxacaqlar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, artıq yığmanın məşqçilər korpusu Ərzurum (Türkiyə) toplanışının başa çatmasına bir gün qalmış Avropa birinciliyinə qatılacaq komandanın heyətini müəyyənləşdirib. Baş məşqçi Elbrus Rzayev qitə birinciliyində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans vermək qərarına gəlib. Yığma Sofiyaya aprelin 11-də birbaşa Türkiyədən yola düşəcək. Komandaya rəhbərliyi qurumun İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
Xatırladaq ki, boksçularımız əvvəlcə bakıda, sonra isə Ərzurumda təlim-məşq toplantısında olub. Ərzurumda idmançılarımız Türkiyə və Əlcəzairdən olan həmyaşıdları ilə sparrinq döyüşləri də keçiriblər.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


