Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazırlıyının sifarişi ilə hazırlanan "Xəzinə" tamaşasının premyerası keçirildi +FOTO=17

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazırlıyının sifarişi ilə hazırlanan "Xəzinə" tamaşasının premyerası keçirildi +FOTO=17

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazırlıyının sifarişi ilə hazırlanan "Xəzinə" tamaşasının premyerası keçirildi


Mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yazıçı- senarist Hafız Ataxanlının qələmə aldığı epik pritçaya teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Siyavuş Mahmudov, Vəfa Qurbanova, İlahə Səfərova, Habil Xanlarov, Yalçın Səlimov, Aynur Hümbətova, Məryəm Hüseyli, Şəmistan Süleymanlı, Ümid Abbas, Kamran Muradlı, Ramazan Xanlarov maraqlı oyun nümayiş etdirdilər.
Anşlaqla keçən tamaşanın hər epizodu alqışlarla qarşılandı. Premyerada görkəmli sənət adamları da iştirak edirdilər. Xalq artisti Firudin Məhərrəmov NIzami dühasını əks etdirən bu tamaşanın yeniyetmə və gənclər üçün ibrətamiz və faydalı olacağını bildirdi. Müəllif Hafiz Ataxanlı Nizami yaradıcılığının bütün dövrlərdə aktual olduğunu bildirdi və Sumqayıtdakı teatral mühiti alqışladığını dilə gətirdi. Sonda əməkdar incəsənət xadimi, professor İlham Rəhimli səhnəyə çıxaraq yaradıcı heyəti təbrik etdi və ilk növbədə Sumqayıtdakı teatral mühitdən, sənət coşqusundan bir teatrşünas kimi qürur hissi keçirdiyini vurğuladı. Professor Nizami zəkasının, Nizami müdrikliyinin tamaşada dolğun və dürüst həllini tapdığını, Xeyirlə Şərin mübarizəsi konteksində beş hekayətin vahid dramaturji xətt üzərində qərar tutduğunu söylədi, tamaşanı uğura aparan komponentlərin hər birinə dair fikirlərini bildirdi. Qeyd edək ki, "Xəzinə"-nin premyerası iki gün davam etdi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020