Ağcabədidə “Uşaqların zorakılıqdan qorunması” mövzusunda dəyirmi masa keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=11)
Bu xəbəri paylaş
Ağcabədidə “Uşaqların zorakılıqdan qorunması” mövzusunda dəyirmi masa keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=11)
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun təşkilatçılığı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Ağcabədidə “Uşaqların zorakılıqdan qorunması” mövzusunda dəyirmi masa keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, polis şöbəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, təhsil və mədəniyyət işçilərinin, gənclərin iştirak etdiyi tədbirdə GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqların zorakılıqdan qorunması və zorakılığa mərz qalan uşaqlara dəstək tədbirlərindən bəhs edib.
Mərkəzin sosial işçiləri Elnur Qasımov və Tacəddin Rzazadə tərəfindən UNICEF-in dəstəyi ilə icra edilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində uşaqların zorakılıqdan müdafiəsi üçün görülən işlərdən, ailələrə göstərilən xidmətlərdən və eyni zamanda, baxımsızlıq və laqeyd rəftar, zorakılığa məruz qalan uşaqların konfidensiallıq hüququnun pozulmasından, Uşaq Qaynar Xətt xidmətindən bəhs edən təqdimatlar göstərilib.
Dəyirmi masada zorakılıq və onun fərdə, ailəyə, cəmiyyətə mənfi təsiri, uşaqların zorakılıqdan müdafiəsinin daha da gücləndirilməsi istiqamətində təhsil müəssisələrinin, QHT-lərin, hüquq-mühafizə orqanlarının, yerli icra hakimiyyəti və əlaqədar qurumların rolu haqqında ətraflı müzakirələr aparılıb, yaranmış vəziyyət qiymətləndirilib, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflər irəli sürülüb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)










