Gəncədə vətəndaşların qaldırdıqları məsələlər öz həllini tapıb +VİDEO

Gəncədə vətəndaşların qaldırdıqları məsələlər öz həllini tapıb

 

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 29 mart tarixində Gəncə şəhərində vətəndaşları qəbul edib.

 

Qəbulda Gəncə şəhəri, SamuxKəlbəcər rayonlarından olan vətəndaşların müraciətşikayətləri dinlənilib. Müraciətlər avtomobil yollarının təmir-bərpasıyenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

 

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020