İmişli şəhərində A.Eminov adına 7 nömrəli tam orta məktəb Heydər Əliyev Fondu (+FOTO=9)
Bu xəbəri paylaş
İmişli şəhərində A.Eminov adına 7 nömrəli tam orta məktəb
İmişli şəhərində yerləşən A.Eminov adına 7 nömrəli tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Məktəbin köhnə binasının birinci korpusu 1953-cü ildə, ikinci korpusu isə 1962-ci ildə inşa olunub. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəldiyi və istifadəyə yararsız vəziyyətə düşdüyü üçün 800 şagird yerlik yeni məktəb binası tikilib.
Üçmərtəbəli binada 34 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








