Gənc istedadları aşkar edək (AZpressAZ -Akif Ağayev, +FOTO=19)

Gənc istedadları aşkar edək (AZpressAZ -Akif Ağayev, +FOTO=19)

Gənc istedadları aşkar edək (AZpressAZ -Akif Ağayev, +FOTO=19)


Masallıda “Mədəniyyət kəndlərdə” yaradıcılıq layihəsi


Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin cari ildə ilk tədbiri reallaşdırılıb.
Masallı rayonu ərazisində ilk modern tipli təhsil müəssisəsinin yaradıldığı, qəhrəmanlar yurdu kimi tanınan Viləş kəndində təşkil edilmiş tədbirdə rəsmilər, mədəniyyət işçiləri, gənclər, kütləvi informasiya vasitələri nümayəndələri və kənd ictimaiyyəti iştirak edib.

 

Əvvəlcə, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

 

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov layihə çərçivəsində qarşıya qoyulmuş hədəflər barədə danışıb. Bildirilib ki, yerlərdəki müəssisələrin fəaliyyətinin yeni nəzəri-konseptual yanaşmalara və çağırışlara uyğun qurulması, həmçinin gənc istedadların aşkarlanaraq müəssisələrin işinə cəlb edilməsi prioritet vəzifələrdəndir.

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxışında vurğulayıb ki, sözügedən mədəniyyət layihəsinin yerlərdə keçirilməsi gənclər arasında yaradıcılıq sahələrinə marağın artmasına səbəb olacaq. Qeyd olunub ki, layihə çərçivəsində istedadlı gənclər üçün geniş meydanın açılması onların öz yaradıcı potensiallarını nümayiş etdirmələri baxımından əlverişli imkanlar yaradır.

 

Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərli tədbirin yaşadığı kənddə təşkil olunmasını böyük sevinc hissi ilə qarşıladığını deyib. O, həmçinin Viləş kəndinin ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarından söz açıb.

 

Rəsmi hissədən sonra tədbir yaradıcılıq sərgisinə baxışla və bədii-musiqili proqramla davam etdirilib.

 

N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi Viləş kənd klubunun təşkil etdiyi geniş yaradıcılıq sərgisinə və istedadlı gənclərin zövqlə hazırlanmış əl işlərinə baxış keçirilib.

 

Mədəniyyət Mərkəzinin istedadlı sənətçiləri geniş konsert proqramı ilə çıxış ediblər. Musiqi ifaları və “Halay” folklor Xalq ansamblının milli rəqs nömrələri maraqla qarşılanıb.

 

Tədbirin sonunda mədəniyyət tədbirlərində fəal iştirak edən məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.

 

Xatırladaq ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi kəndlərdə fəaliyyət göstərən müəssisələrin işinin yeni mədəni-nəzəri yanaşmalara uyğun genişləndirilməsi, gənc istedadların aşkar edilərək dəstəklənməsi məqsədilə keçirilir.

 

Akif AĞAYEV,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020