Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 2 ay qaldı (AZpressAZ -Minə Türksoy)

Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 2 ay qaldı (AZpressAZ -Minə Türksoy)

Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 2 ay qaldı (AZpressAZ -Minə Türksoy)

 

2022-ci il Formula 1 mövsümündə Azərbaycan Qran Prisinin başlamasına son 2 ay qaldı.
10-12 iyun tarixlərində keçiriləcək bu mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyacan yaşadacaq.

 

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən Formula 1 Azərbaycan Qran Prisini bu il yenidən canlı izləmək imkanı olacaq.

 

Qeyd edək ki, builki yarışlara bilet satışı 22 fevraldan start götürüb. Hazırda biletlər daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Hollandiya və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır.
Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.

 

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşğulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020