Asiya.az -dan Gülağa Tənhaya təkzib

“Asiya.az”-dan Gülağa Tənhaya təkzib

“Asiya.az”-dan Gülağa Tənhaya təkzib


 03.08.2021-ci ildə saytımızda dərc edilən “Gülağa Tənha sadə xalqı təhqir etdi” başlıqlı xəbərə görə Gülağa Qənbərov “Asiya.az” və “Hökm.az” saytlarını məhkəməyə verib, təzminat tələb etmişdi.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin çıxardığı qərara əsasən iddia qismən təmin edilib.

Məhkəmə qərarınında bildirilir:

““Asiya.az” və “Hökm.az” saytlarında dərc olunmuş “Gülağa Tənha sadə xalq təhqir etdi” başlıqlı məqalədə Qənbərov Gülağa Məmi oğlu barəsində yazılmış ifadələr Qənbərov Gülağa Məmi oğlunun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilsin.

“Gülağa Tənha sadə xalqı təhqir etdi” başlıqlı məqaləni “Asiya.az” saytından silmək (yığışdırmaq) vəzifəsi cavabdeh “Asiya.az” saytının, həmin məqaləni “Hökm.az” saytından silmək (yığışdırmaq) vəzifəsi “Hökm.az” saytının üzərinə qoyulsun.”

“Asiya.az” saytında dərc olunmuş “Gülağa Tənha sadə xalqı təhqir etdi” başlıqlı məqalədə Qənbərov Gülağa Məmi oğlu barəsində məlumat həqiqətə uyğun deyil və onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə Qənbərov Gülağa Məmi oğlundan üzr istəyirik.

 

+++++++++++++++++++++++++++++++++++

 Məhkəmə qərarının tam variantı aşağıda təqdim olunub:

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020