AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib +FOTO

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib +FOTO

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub.

 

Məqalə “Clarivate Analytics”in Q2 kateqriyalı, impakt faktoru 1.219-a bərabər olan “Journal of Mathematical Inequalities” (http://files.elemath.com/articles/jmi-16-17.pdf) jurnalında dərc edilib.
“Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri” adlı məqalədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğunu göstərməklə alınmışdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə ehtiva edir.

 

Məqaləni oxumaq üçün linkə keçid edin: http://files.ele-math.com/articles/jmi-16-17.pdf
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020