Bakı Musiqi Akademiyasında "Şopen musiqi axşamı" adlı konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

Bakı Musiqi Akademiyasında "Şopen musiqi axşamı" adlı konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

Bakı Musiqi Akademiyasında "Şopen musiqi axşamı" adlı konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

 

13 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Almaniyanın Trossingen Dövlət Universitetinin doktorantı, prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Murad Abasovun konserti keçirildi.

 

"Şopen musiqi axşamı" adlı konsertdə istedadlı pianoçu M.Abasovun ifasında romantizm dövrünün görkəmli bəstəkarlarından olan Friderik Şopenin əsrarəngiz musiqisi dinləyicələrə xoş ovqat bəxş etdi.
Belə ki, konsert proqramında F.Şopenin "Ballada" op.23 N.1 g moll, Prelüdlər N.22 g moll, N.23 F dur, N.24 d moll, Etüdlər op.10 N.1 C dur, N.6 es moll, N.12 c moll, Sonata N.2 op.35, Vals Es dur əsərləri gənc ifaçı xüsusi peşəkarlıqla ifa olundu.

 

Tədbir tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.

 

Qeyd edək ki, "Şopen musiqi axşamı" adlı konsert Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020