“Vətənin müdafiəsinə hazıram” (AZpressAZ -Akif Ağayev +FOTO=4)
Bu xəbəri paylaş
“Vətənin müdafiəsinə hazıram” (AZpressAZ -Akif Ağayev +FOTO=4)
Masallıda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin idman meydançasında rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Yarışların keçirilməsində məqsəd çağırışçı gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, onlarda vətənpərvərlik hissini artırmaq, poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, eləcə də perspektivli idmançıları aşkar etməkdən ibarətdir.
Birinciliyə rayonun 13 tam orta məktəbindən qatılan 65 şagird 4 növçülük üzrə (100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) güclərini sınayıblar.
Çaxırlı kənd tam orta məktəbinin komandası birinci, Bədəlan kənd tam orta məktəbinin komandası ikinci, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbinin və İ.Əsgərli adına şəhər 3 saylı tam orta məktəbinin komandaları üçüncü yerə layiq görülüb.
Ərkivan qəsəbə Ə.Bağırov adına 4 saylı tam orta məktəbin, B.Şiriyev adına Mollaoba kənd tam orta məktəbin, Öncəqala kənd tam orta məktəbin və Təzə Alvadı 2 saylı kənd tam orta məktəbin komandaları isə fərqlənmə diplomları ilə mükafatlandırılıb.
Qalib komandalar Masallı Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif ediliblər.
Çaxırlı kənd tam orta məktəbinin komandası zona mərhələsinə vəsiqə qazanıb.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



