ZİRVƏDƏ PARLAYAN GÜNƏŞ (AZpressAZ -Akif Ağayev, +FOTO=6)
Bu xəbəri paylaş
ZİRVƏDƏ PARLAYAN GÜNƏŞ (AZpressAZ -Akif Ağayev, +FOTO=6)
Masallıda şeir müsabiqəsi
Masallı Dövlət Regional Kolleci və Yeni Azərbaycan Partiyası (YAP) Masallı şəhər ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ili ilə əlaqədar "Zirvədə parlayan günəş" mövzusunda şeir müsabiqəsi təşkil olundu.
Müsabiqəyə kollecin tələbələri qatılıb.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderimizin həyat və yaradıcılığından bəsh edən videoçarx nümayiş olunub.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyada nüfuzlu siyasi xadim kimi tanınmış müdrik və dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı məlumat verib.
Sonra müsabiqə iştirakçılarının şeir ifaları dinlənilib.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





