Baş İdarənin təşkilatçılığı ilə L. və M.Rostropoviçlərin ev-muzeyində Ümumdünya İncəsənət Günü qeyd olunub +FOTO=21
Bu xəbəri paylaş
Baş İdarənin təşkilatçılığı ilə L. və M.Rostropoviçlərin ev-muzeyində Ümumdünya İncəsənət Günü qeyd olunub
Aprelin 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin və Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin birgə təşkilatçılığı ilə Ümumdünya İncəsənət Günü münasibətilə tədbir keçirilib.
Tədbir dünyaşöhrətli violonçel ustasının ev-muzeyində keçirilib və onun 95 illiyinə həsr edilib. Bu münasibətlə qocaman sənətkarın obrazı qonaqları qarşılayaraq, onlara bu bayram günündə gözəl musiqili anlar yaşadıb.
Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqə laureatları konsert proqramı ilə çıxış ediblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




















