Xalq musiqisinin çırpınan ürəyi - Seyid Şuşinski (AZpressAZ -Akif Ağayev, +FOTO=2)

Xalq musiqisinin çırpınan ürəyi - Seyid Şuşinski (AZpressAZ -Akif Ağayev, +FOTO=2)

 

2022-ci il “Şuşa ili”dir

 

Masallı Rayon Mərkəzi Kitabxanasında muğam ustadı Seyid Şuşinskinin anadan olmasının 133 illiyi ilə əlaqədar tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi olan Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxuyub. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub. C. Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb. O, qeyd edib ki, S. Şuşunskinin professional səhnədə ilk çıxışı 1908-ci ildə şuşalılar qarşısında - “Yay klub”unda olub.

 

Kitabxananın əməkdaşı Yeganə Hüseynova Seyid Şuşinskinin həyat və yaradıcılğı haqqında məlumat verərək diqqətə çatdırıb ki, S. Şuşunski 12 aprel, 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olub. Musiqi araşdırıcısı Firudin Şuşinski onu “2-ci xanəndə adlandırıb (“1-ci” Cabbar Qaryağdıoğlu imiş)/ Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu S. Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olduğundan, “Ağa” müraciəti də bu addan götürülüb. O, vurğulayıb ki, S. Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəlləri ilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. S. Şuşinski ictimai-siyasi mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olub. O, bir sıra mübariz ruhlu şeirlər də oxuyub - “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

 

“Cahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Arazbarı”,”Heyratı” kimi muğamların gözəl ifaçısı olan Seyid Şuşinski 1 oktyabr 1965-ci ild, 76 yaşında dünyasını dəyişib.

 

AKIF AĞAYEV.

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020