Masallıda Beynəlxalq Mədəniyyət Günü qeyd olunub (AZpressAZ -Akif Ağayev+FOTO=8)

Masallıda Beynəlxalq Mədəniyyət Günü qeyd olunub (AZpressAZ -Akif Ağayev+FOTO=8)

Masallıda Beynəlxalq Mədəniyyət Günü qeyd olunub (AZpressAZ -Akif Ağayev+FOTO=8)

 

N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə mədəniyyət işçiləri iştirak edib.

 

Təbrik nitqi ilə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov mədəniyyət işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb. İdarə rəisi son illər mədəniyyət sahəsində aparılan islahatlar, eyni zamanda mütərəqqi və yeni idarəçilik konseptinə əsaslanan layihələrin mahiyyəti barədə söhbət açıb.

 

Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmailov son dövrlərdə müvafiq sahədə həyata keçirilən tədbirlər, o cümlədən mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva əlamətdar günlə əlaqədar geniş məruzə ilə çıxış edib. O, Beynəlxalq Mədəniyyət Gününün təsis olunması, müvafiq beynəlxalq təşkilatların fəaliyyəti, həmçinin ölkə mədəniyyətinin tarixi inkişaf yolu, bu günü və gələcək perspektivləri haqqında fikirlərini auditoriyanın diqqətinə çatdırıb.

 

Sonra rayon Mədəniyyət Mərkəzinin istedadlı sənət ustaları konsert proqramı ilə çıxış ediblər.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020