Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=7)

Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=7)

Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=7)

 
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına əsasən 15 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi.

 

Öncə çıxış üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva söz verildi. Sevda xanım bəstəkarın yaradıcılığından söz açaraq, bildirdi ki, F.Əmirov musiqinin demək olar bütün janrlarına müraciət edərək, çox dəyərli sənət əsərləri yaradıb. "Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi dünyada Azərbaycan musiqisinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirovun yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır"- deyə S.Məmmədəliyeva əlavə edib.

 

O, bu konsertin F.Əmirovun 100 illik yubileyinə həsr olunan ilk tədbir olduğunu da vurğuladı.
Ardınca söz musiqiyə verildi.

 

Tədbirdə solist Azərbaycan Respublikasının Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Yeganə

 

Axundovanın ifasında və Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə dinləyicilərin qəlbini fəth edən konsert hər kəsdə xoş təəssüratlar oyatdı.

 

Yubiley konsertində F.Əmirovun "Min bir gecə" baletindən fraqment, "Ərəb mövzuları əsasında konsert" (F.Əmirov və E.Nəzirova), "Kürd ovşarı" simfonik muğamı, "Azərbaycan kapriççiosu" əsərləri səsləndirildi.

 

Tamaşaçılarda xoş ovqat yaradan konsert gurultulu alqış sədaları altında başa çatdı.
Onu da qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatı və dəstəyi ilə F.Əmirovun fortepiano əsərlərindən ibarət musiqi albomu işıq üzü görmüşdür. Albomda F.Əmirovun fortepiano əsərləri tanınmış pianoçu, Xalq artisti Yeganə Axundovanın ifasında səsləndirilir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020