"Barokko Günləri" Beynəlxalq Musiqi Festivalı keçiriləcək +FOTO=5
Bu xəbəri paylaş
"Barokko Günləri" Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Beşiyi İtaliya olan Barokko dövrü XVII-XVIII əsrlərdə Avropa mədəniyyətində renessans və klassiszm arasında mövcud olmuşdur. Barokko dövrü günümüzdə də dünya musiqi mədəniyyətinə xüsusi rəng qatır.
Barokko dövrü musiqisinin respublikamızda təbliği məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun bəddi rəhbəri olduğu “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının keçirilməsi qərara alınmışdır.
Respublikamızda keçirilən konsertlərdə Barokko dövrünə məxsus musiqi nümunələri istər instrumental, istərsə də vokal ifaçıları tərəfindən səsləndirilir. Lakin ilk dəfədir ki, musiqisevərlər ”Barokko Günləri” Beynəlxaq Musiqi Festivalı çərçivəsində bu dövrə məxsus musiqi nümunələrini azərbaycanlı musiqiçilərlə yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış musiqiçilərin təfsirində dinləyəcəklər.
Festival üçün xüsusi olaraq K.V.Qlyukun “Orfey və Evridika” operası hazırlanmış, italiyanın məşhur klavesin ifaçısı Stefano Demikelinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Okrestri və Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olan “D’accordo” ansamblının çıxışı nəzərdə tutulmuşdur.
Festival 2022-ci il 23-26 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqi Zalı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




