Mərkəzi Gömrük Hospitalı artıq gömrükçülərə və əhaliyə yenidən tibbi xidmət göstərir

Mərkəzi Gömrük Hospitalı 11 aprel 2022-ci il tarixindən etibarən gömrükçülərə və əhaliyə yenidən  tibbi xidmət göstərir. Həkim qəbuluna qeydiyyat əsasında yazılmaq olar. Ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.


Mərkəzi Gömrük Hospitalı peşəkar və təcrübəli heyəti ilə  gömrük işçilərinə və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır. Mərkəzi Gömrük Hospitalının rəsmi  internet səhifəsi vasitəsilə tibbi xidmətlər haqqında ətraflı məlumat almaq və həkimlərin qəbuluna onlayn formatda  yazılmaq mümkündür. İnternet səhifənin linkini Sizə təqdim edirik: https://customshospital.az/
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020