Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tovuzda yerləşən Göytəpə qədim yaşayış məskəninə ekskursiya edilib - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar Tovuzda yerləşən Göytəpə qədim yaşayış məskəninə ekskursiya edilib. Ekskursiyada Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, həmçinin Tovuz Peşə Liseyinin müəllim və şagirdləri iştirak edib.

İdarə rəisi çıxışında Göytəpə yaşayış yerinin tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib.

Bu da onu deməyə əsas verir ki, ərazinin 8 min illik şəhər mədəniyyəti tarixi var. Həmçinin, çıxış edən Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev gənclərin bölgə tarixini öyrənməsinin zəruriliyindən danışıb, bu kimi tədbirlərin vacibliyini vurğulayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020