Azərbaycan İlahiyyat İnstitutunda özbək tələbələr dərslərdə iştirak edəcək - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin tələbə və müəllim heyətinə seminar təşkil olunub. Tədbirdə Özbəkistan Beynəlxalq İslam Akademiyasının  (ÖBİA) əməkdaşları məruzə ilə çıxış ediblər.


ÖBİA-nın Xarici tələbələrlə iş üzrə şöbəsinin müdiri Navruzbek Abdullajonov təmsil etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və qarşıda duran hədəfləri haqqında geniş məlumat verib. Bildirib ki, təhsil ocağı 16 aprel 2018-ci il tarixdə yaradılıb. Məruzəçi bakalavr, magistratura və doktorantura səviyyələri üzrə ixtisaslar, tədris edilən fənlər haqqında geniş məlumat verib. Özbəkistanda dini sahədə baş verən islahatlar haqqında danışıb, konfensiyalar barədə məlumat verib. Həmçinin o, Özbəkistanın böyük alimlərin vətəni olduğunu qeyd edərək, İmam Buxari, İmam Tirmizi, İmam Maturidi və digərləri haqqında ətraflı məlumat verib.


Akademiyanın müəllimi iqtisadiyyat üzrə fəlsəfə doktoru Nilufar Batirova İslam bankçılığı haqqında məruzə ilə çıxış edib. Nilufar Batirova İslam bankçılığında mürabəhədən istifadənin səmərəliliyi və onun digər banklarda istifadə formaları haqqında çıxış edib.


Tədbir müzakirələrlə davam edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020