"Klassik musiqi axşamları" layihəsi çərçivəsində konsert keçirildi (AZpressAZ -İ.Nəriman +FOTO=13)

"Klassik musiqi axşamları" layihəsi çərçivəsində konsert keçirildi (AZpressAZ -İ.Nəriman +FOTO=13)

 

18 aprel 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi axşamları" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrası müəllimlərinin konserti keçirildi.

 

Konsertdə Azərbaycanın Xalq artisti, BMA-nın professoru Gülnaz İsmayılova, Əməkdar artist Aleksey Miltıx, professor Könül Hüseynova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Günel Kazımova, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatları Ülviyyə Kazımova, Gülnarə Kərimova, Nərgiz Əliyeva, Səbinə Quliyeva, Leyla Kərimovanın parlaq ifaları dinləyicilərdə xoş əvhal-ruhiyyə yaratdı.

 

Tədbirin proqramı da xüsusi seçilmişdir. Proqramda həmçinin F.Əmirovun 100 illik yubileyi ilə əlaqədar görkəmli bəstəkarın əsərləri də yer almışdır. Konsertdə Ü.Hacıbəyli, S.Raxmaninov, A.Rzayev, A.Piazzolla, F.List, T.Dun, P.Hindemit, F.Əmirov, L.Arditi, F.Şopen, M.Ponse, V.Adıgözəlov və BMA-nın "İxtisas fortepiano" kafedrası müəllimləri S.Məmmədli, Z. Kərimovanın əsərləri səsləndirildi.

 

Tamaşaçıların böyük rəğbətini qazanan konsert gurultulu alqış sədaları altında başa çatdı.

 



 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020