Mərkəzi Elmi Kitabxananın fondları zənginləşməkdə davam edir +FOTO=3

Mərkəzi Elmi Kitabxananın fondları zənginləşməkdə davam edir 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) balansına Azərbaycan Yazıçılar Birliyindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən, xarici ölkələrdən həmçinin müəlliflər tərəfindən bir sıra yeni nəşrlər daxil olub.

 

MEK fondlarını zənginləşdirən bu nəşrlər sırasında “Vətən Bağı Al-Əlvandır”, “Söhrab Tahir Azər Azərin Lirikası” (Gülxani Pənah), “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” (Gülxani Pənah), “Ümumiləşmiş inteqrallar və koşi tipli inteqralların sərhəd xassələri” (Rəşid Əliyev), “Vətən adlı dinim var...” (Gülxani Pənah), “Qarabağın və Şərqi Zəngəzurun Alban Abidələri” (Məhəbbət Paşayeva) və s. nəşrlər yer alır. Sözügedən nəşrlərin böyük əksəriyyəti milli mənəvi dəyərlərimiz və vətənpərvərlik mövzularını əhatə edir.

 

Qeyd edək ki, bunlarla yanaşı MEK-ə Türk Dil Qurumundan “Türk Dili” (834 Mart 2022)” və “Türk Dili” (844 Nisan 2022), Moskvadan isə “Kитай” (Çin) No:2-3 (194) (Fevral-Mart 2022) jurnalları daxil olub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020