"Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması" adlı layihəsini uğurla davam etdirilir

19 aprel 2022-ci il tarixdə Füzuli rayonu Böyük Bəhmənli kəndində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi  “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların  ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsini uğurla davam etdirir.


Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.


19 aprel 2022-ci il tarixdə Füzuli rayonu Böyük Bəhmənli kəndində rayon İcra hakimiyyətinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihədə məqsəd mina qurbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək bu insanların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bu məqsədlə də Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayan mina qurbanı Mamedov Əvdil Elman oğlu bu layihənin benefisiarlarındandır. Ona özünün istəyi ilə 16 baş keçi alınıb təhvil verilmişdir.


Tədbirdə çıxış edən digər şəxslər belə layihələrin vacibliyini bildirdilər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdilər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020