Narkotik hansı xəstəlikləri yaradır? - VİDEO

Narkotik hansı xəstəlikləri yaradır? - VİDEO

Dr.İsmayıl Əfəndiyev: “Çox təəssüf ki, hazırda narkotik istifadəçiləri arasında həm gənclər, həm zəif cinsin nümayəndələri, həm də uşaqlar var”.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr.İsmayıl Əfəndiyev Media Türk TV kanalına  narkotiklərin yaratdığı xəstəliklər barədə danışıb. Ətraflı videosüjetdə izləyin.  https://youtu.be/1MChJ6fRKtE

Hazırda narkotik vasitələrdən istifadə Azərbaycan üçün çox aktualdır. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyə qədər ölkəmizdə həm narkotik istifadəçilərinin sayı, həm də qeyri-leqal narkotik bazarında  satılan nakotik maddələrin növləri xeyli artıb. Çox təəssüf ki, hazırda narkotik istifadəçiləri arasında həm gənclər, həm zəif cinsin nümayəndələri, həm də uşaqlar var.

Inyeksiya yolu ilə qəbul edilən narkotik vasitələr QİÇS, Hepatit C və digər təhlükəli yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. İnsanların psixiki durumunu pozan, sinir sistemini dağıdan, daxili orqanlara bilavasitə təsir edən narkotik vasitələr də sürətlə yayılmaqdadır.

Narkotik maddələrdən istifadə çoxlu sayda təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Bəs bu problemi yaşayan insanları necə müalicə etmək mümkündür, belə ki, onlar özləri narkotik vasitələr aludəçisi olub, ondan əl çəkməkdən imtina edirlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020