“HORİZON 2020” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLƏCƏK

“HORİZON 2020” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLƏCƏK 

 

20 aprel, saat 15:00-da AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda “Miqrasiya problemlərinə yeni baxışlar: pandemiyadan əvvəl və sonra” adlı konfrans keçiriləcək.

 

Tədbir Coğrafiya İnstitutunun icra etdiyi Horizon Europe Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində maliyyələşən “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı qalib layihə üzrə praktik fəaliyyətlərin tərkib hissəsi olaraq keçiriləcək. Konfransda miqrasiya sahəsində maraqlı tərəf qismində çıxış edən qurumların nümayəndələri, ekspertlər və tədqiqatçılar, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi, Bakı Dövlət və Xəzər Universitetlərinin akademik heyəti, QHT nümayəndələri və s. iştirak edəcək.

 

KİV nümayəndələri və maraqlı şəxslər tədbirə dəvətlidirlər.

 

Konrfansın keçiriləcəyi zaman və yer: 20 aprel 2022-ci il, saat 15.00.

H.Cavid pr.115, AMEA-nın əsas binası, 8-ci mərtəbə, Coğrafiya İnstitutunun akt zalı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020