Lənkəran şəhərində "Narkomaniyaya Yox Deyək" şüarı ilə tədbir keçirilib (AZpress.AZ, N.Dilavər, +FOTO=25)
Bu xəbəri paylaş
Lənkəran şəhərində "Narkomaniyaya Yox Deyək" şüarı ilə tədbir keçirilib (AZpress.AZ, N.Dilavər, +FOTO=25)
Aprelin 19-da Lənkəran şəhərində "Narkomaniyaya Yox Deyək" şüarı ilə tədbir keçirilib. Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsi, Lənkəran şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə çıxış edənlər gənclərin zərərli vərdişlərdən, xüsusən də narkomaniyadan qorunması mövzusunda fikirlərini bölüşüblər.
Tədbirdən sonra "Narkomaniyaya Yox Deyək" şüarı altında qaçış təşkil edilib. Bir km məsafəni əhatə edən qaçışda 110 nəfər iştirak edib. Oğlanlar arasında finişə ilk çatanlar Eşqin Əlizadə, Azər Məmmədov və İntiqam Əsədzadə olublar. Qızlar arasında isə Aysu Babayeva, Leyla Heydərova və Tahirə Hüseynli fərqləniblər.
Qaliblərə mükafatları Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı, tanınmış idmançılar - atlet Nazim Babayev, futbolçu Qara Qarayev, eləcə də bloger Kamil Zeynallı təqdim ediblər.
#Gənclərİdman
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
























