AMADA, DİN və DGK dopinqlə mübarizədə atılacaq birgə addımları müəyyənləşdirib - FOTO

AMADA, DİN və DGK dopinqlə mübarizədə atılacaq birgə addımları müəyyənləşdirib - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmçuş növbəti işçi görüş keçirilib. Azərbaycanın da tərəf olduğu YUNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasına əsasən  Milli Əlaqləndirici Mərkəz olan AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əldə etdiyi məlumatları hüquq mühafizə orqanları ilə bölüşüb. Belə ki, AMADA-nın apardığı araşdırmalar, daxil olan anonim və açıq məlumatlar və bu məlumatların təhlili dopinq vasitələrinin qanunsuz dövriyyəsi probleminin daha da aktuallaşdığını göstərir. Bütün bunları nəzərə alaraq AMADA tərəfindən hüququ mühafizə orqanlarının əməkdaşları üçün, dopinq vasitələrinin xüsusi ilə də steroidlərin qanunsuz dövriyyəsi, o cümlədən sosial şəbəkələrdə və idman zallarında  qanunsuz satışının təşkili  və digər məlumatların əks olunduğu təqdimat keçirilib.
 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumlarından olan AMADA idmanda narkotik maddələrin istifadəsi ilə bağlı əldə etdiyi məlumatları və apardığı araşdırmaların nəticələrini də hüquq mühafizə orqanları ilə bölüşüb.


Görüşdə sözü gedən məsələlər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Bu istiqamətdə mövcud əməkdaşlığın genişləndirilməsinin və mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. AMADA, DİN və DGK problemin aktuallığını nəzərə alaraq dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün atılacaq birgə addımları müəyyənləşdirib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020