Məlahət Kərimova "Həkim məsləhəti" rubrikasında "Ramazan ayında qidalanma" mövzusunda ətraflı məlumat verib
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının uzman həkim diyetoloqu Məlahət Kərimova “Həkim məsləhəti” rubrikasında “Ramazan ayında qidalanma” mövzusunda ətraflı məlumat verib.
Ramazan ayında qidalanma digər aylardan fərqliliyi gündəlik normada 3 dəfə qida qəbulunu 2 dəfəyə keçməsidir. Bu da 16 -17 saat açlıqla əlaqəli olaraq gündəlik aldığımız enerjinin az olması və su balansının miqdarı azalır. Nəticədə maddələr mübadiləsi yavaşlayır. Aclıq əsnasında insulin miqdarı artır və yeməyə başladığımızda insulin cavabı yüksək olur. Uzun müddətdə ac olduğumuzda yağ depolanmağa meyilli olur. Ramazan ayında qidalanma balansı düzgün şəkildə olmalıdır.Bu ayda kilo vermə çox olur amma bu həmişəlik olmur. Tez müddıtdə verilən kilo geri alınır.
Oruc sırasında baş agrısı, halsızlıq, köp, həzm sistemi və böyrək problemləri ola bilər. Buna görə Ramazan menyusuna diqqət edilməlidi. Əsas olaraq maye balansı nəzarətə alınmalı və iftar və imsak arasında maye balansını tənzimlənməlidi. Gün ərzində 2-2,5 litr su istifadə edilməlidir. Yetərli maye qəbul edilmədiyində vücut maye balansı azalır, su- duz balansı pozulur və yuxululuq, qan təzyiqinin düşməsi, mədə ağrısı, həzm sistemində problemlər ortya çıxar.
Ramazan ayında qan şəkərini sürətli artıran,qlisemik indeksi yüksək qidalarda uzaq durmalı. Iftar və imsaqda un və un məhsullarından (bulka, düşbərə,x əngəl və s.) hazırlanılan qidalardan istifadə edilməməlidir. Bu qidalar köp, həzimsizlik, qan şəkərinin yüksək artımı kimi sağlıq problemlərinə yol açır.
Bəzən insanlar imsaka qalxmırlar və ya gecə yatmadan əvvəl yetərincə qidalanıb və imsaqa qalxıb su içirlər. Bu da aclıq saatının çox olması, halsızlıq, baş ağrılarına, mədə turşuluğunun artmasına səbəb olar. İmsakda həzm sistemin yavaşladan qida dəyərləri yüksək olan yeməklərdən istifadə edilməlidir. Şirniyyatlardan uzaq durmalı, duzlu yeməklərdən , qızardılmış qidalardan uzaq durmaq lazımdır.
16-17 saat aclıq zamanı iftarda tez bir zaman içərisində qidalanmamalıyıq ki, köp kimi problemlərlə qarşılaşmayaq. Karbonhidrat, potasyum və maqnezumdan zəngin olan Xurma ilə başlamaq daha məsləhətlidir. Daha sonra 1 orta boy kasa şorba və 1 dilim kəpəkli çörəklərdən istifadə edilməlidir. Sonra qidalnmağa 20 dəqiqə fasilə verilməli və digər yeməklərə keçmək lazımdır. İfatrdan sonra gəzinti etmək həzm sistemində böyük rolu var. Kofe, qazlı içkilərdən imtina edilməli. Meyvə iftar və imsak arasında tükətilməli,100 qrama qədər dondurmadan istifadə etmək olar.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)