Masallıda şəhid ailələri ziyarət olunub (AZpressAZ -Akif Ağayev, +FOTO=9)

Masallıda şəhid ailələri ziyarət olunub (AZpressAZ -Akif Ağayev, +FOTO=9)

Masallıda şəhid ailələri ziyarət olunub (AZpressAZ -Akif Ağayev, +FOTO=9)

 

Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin maddi dəstəyilə müqəddəs Ramazan ayı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və bir sıra aztəminatlı ailələr ziyarət olunub.

 

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, sözügedən yerli həmkarlar komitəsinin sədri Vəkil İsmailov, idarənin əməkdaşları və tabe müəssisə rəhbərlərinin iştirakı ilə keçən görüşlərdə rayonun Qızılağac kəndində şəhid Əlisa Arif oğlu Əliyev, şəhid Cavad Gülverdi oğlu Babayevin, Xoşçobanlı kəndində şəhid Məmmədağa Həsənağa oğlu Bağırov, şəhid Musa Əlövsət oğlu Mustafayev, Şərəfə kəndində şəhid Ramazan Hilal oğlu Vəliyevin ailələrinin qonağı olublar.

 

Görüşlər zamanı şəhidlərin həyat yolundan bəhs olunub, Vətən qarşısındakı xidmətləri hörmət hissi ilə xatırlanıb. Sonra mənzillərdə yaradılmış xatirə guşələrinə baxış keçirilərək şəhid ruhları yad edilib.

 

Ziyarətlər əsnasında yerli həmkarlar komitəsi tərəfindən ailələrə Ramazan sovqatları təqdim edilib.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020