“Şuşa Qarabağın döyünən qəlbi” (AZpressAZ -Akif Ağayev +FOTO=4)
Bu xəbəri paylaş
“Şuşa Qarabağın döyünən qəlbi” (AZpressAZ -Akif Ağayev +FOTO=4)
Masallıda “Şuşa İli” çərçivəsində tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə əməkdaşlığı ilə “Şuşa Qarabağın döyünən qəlbi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Muzeyin əməkdaşları, hakim partiya fəalları, Masallı rayon Mərkəzi Kitabxanasının işçiləri, Masallı Regional "ASAN xidmət" mərkəzinin nümayəndələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.
İlk öncə, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Şuşa şəhəri və tanınmış şəxsiyyətlərinin Azərbaycan mədəniyyətinə bəxş etdikləri töhfələrdən danışıb. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində Qarabağda mədəniyyətin inkişafına çox böyük diqqət və qayğı göstərilib. Qeyd edilib ki, Qarabağın tarixini, mədəniyyətini, iqtisadiyyatını mükəmməl bilən Ulu Öndər sözügedən məsələlərə fəaliyyəti zamanı həssas yanaşıb.
Muzeyin əməkdaşı Çingiz Qurbanov Şuşanın tarixi və mədəniyyəti ilə bağlı məruzə ilə çıxış edib.
YAP Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev, muzeyin elmi işçisi Dilgüşə Məmmədova tarixi-mədəni əhəmiyyəti ilə Azərbaycan xalqı üçün müstəsna dəyərə malik olan Şuşa şəhərinin mədəniyyət tariximizdəki rolu barədə danışıblar.
44 günlük Vətən müharibəsi iştirakçısı Tapdıq Sadıqov döyüşlər xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda döyüşdə göstərdikləri fədakarlıqlara görə Vətən müharibəsi iştirakçılarına Muzeyin Fəxri fərmanları təqdim olunub, xatirə fotoları çəkilib.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



