“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarların birinci mərhələsi uğurla yekunlaşıb

“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarların birinci mərhələsi uğurla yekunlaşıb 

 

MEDİA Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün keçirilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarların birinci mərhələsi uğurla yekunlaşıb.


3 gün davam edən seminarda yerli və xarici mütəxəssislərin “Liderlik və peşəkar əlaqələrin qurulması bacarıqları”, “Komanda işinin qurulması və konstruktiv rəyin bildirilməsi: strategiyalar, bədən dilinin rolu və məsləhətlər”, “Müasir media mühiti İctimai Əlaqələr şöbəsinin gözü ilə”, “Medianın qərarverməyə təsiri”, “Böhran kommunikasiyasının qurulması”, “Media gündəminin qurulması”, “Hökümət sektoru və media”, “Kommunikasiya planı və proaktiv media yanaşması” mövzularında çıxışları, interaktiv müzakirə sessiyaları olub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020