MASALLIDA İFTAR SÜFRƏSİ AÇILIB (AZpressAZ -Akif Ağayev +FOTO=5)

MASALLIDA İFTAR SÜFRƏSİ AÇILIB (AZpressAZ -Akif Ağayev +FOTO=5)

 

Masallı rayonunda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

 

Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, şəhid ailələri, qazilər, aztəminatlı ailələrin üzvləri iştirak ediblər.

 

QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov “Qurani-Kərim”dən ayələr və dualar oxuyub, bu ayın fəzilətindən danışıblar.

 

Ramazanın həmrəylik, mərhəmət və ruzi ayı olduğunu diqqətə çatdıran İcra başçısı Şahin Məmmədov bildirib ki, Azərbaycanda və eləcə də Masallıda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığın nümünəsidir: “Ölkəmizdə tolerantlığın təməlini Ulu Öndər Heydər Əliyev qoyub və bu siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfəindən uğurla davam etdirilir. Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir…”

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edən rayon rəhbəri bildirib ki, Heydər Əliyev Fondu yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.

 

Şahin Məmmədov vurğulayıb ki, Ali Baş Komandanımızın rəhbərliyilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır. Şəhid analarına öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların valideynlərinin, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb:”Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.”

 

Mərasim iştirakçıları Azərbaycanın sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Akif AĞAYEV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020