Voleybol Federasiyası Masallı Rayon Gənclər və İdman İdarəsini mükafatlandırıb Akif Ağayev (AZpress.AZ)

 Voleybol Federasiyası Masallı Rayon Gənclər və İdman İdarəsini mükafatlandırıb

 

 

Aprelin 23-də kişi voleybolçular arasında keçirilən “Zəfər kuboku”nun final matçından sonra Azərbaycan Yüksək, Super, I Liqa yarışlarında fərqlənən komandaların, həmçinin “Zəfər kuboku”nun qaliblərinin mükafatlandırma mərasimi və 2021/2022 mövsümün rəsmi bağlanışı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Cavid Abdullayev, Azərbaycan Ali Hərbi Akademiyanın rəis müavini Nizami Mövlanov, “Sərhədçi” klubunun prezidenti, polkovnik Firdovsi Umudov, “Sərhədçi” Olimpiya İdman Kompleksinin rəisi, polkovnik Elşən Mirzəyev və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri iştirak ediblər.

Qalib komandaların mükafatlandırma mərasimindən əvvəl qonaqlar çıxış ediblər.

Daha sonra mükafatlandırma mərasimində regionlarda voleybolun inkişafında göstərdiyi xidmətlərə görə Masallı Rayon Gənclər və İdman İdarəsinə Azərbaycan Voleybol Federasiyasının xüsusi diplomu təqdim olunub.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020