Masallı boksçuları turnirdən 3 medalla qayıdıb (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)
Bu xəbəri paylaş
Masallı boksçuları turnirdən 3 medalla qayıdıb (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)
Astara rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri Ruslan Əliyev və Sadiq Bağırzadənin xatirəsinə həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib.
Astara Olimpiya İdman Kompleksində təşkil edilən yarışlara Astara, Lənkaran, Masallı, Biləsuvar rayon komandalarını təmsil edən 2006-2007-ci il təvəllüdlü yeniyetmələr qatılıb.
Yarışın keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini yad edilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, boks idman növünün kütləviliyinin inkişafı, asudə vaxtın səmərəli təşkilidir.
İki gün (22-23 aprel) davam edən birincilikdə 33 boksçu 11 çəkidə gücünü sınayıb.
Fəxri yerlər uğrunda mübarizədə Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən boks bölməsinin yetirmələri Arif Məcidov (48 kq), Səyyad Məmmədli (52 kq) birinci, Nihad Əsgərov (46 kq) isə ikinci yerə layiq görülüb. İdmançıları yarışlara məşqçi Orxan Cəbiyev hazırlayıb.
Mükafatçılara Astara Rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi müvafiq diplom, medal və hədiyyələr təqdim edilib.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





