Fikrət Əmirov işığında +FOTO=19

Fikrət Əmirov işığında 


2022-ci il həm musiqi həyatımzda, həm də hər bir azərbaycanlı üçün əhəmiyyətli bir ildir. Azərbaycan musiqi tarixinə adı qızıl hərflərlə yazılan, musiqisində Azərbaycanın hər bir güşəsi göz önündə canlanan, həzin melodiyalı, incə ruhlu bənsətkarımız F.Əmirovun 100 illik yubilidir. Eyni zamanda bəstəkarın adını daşıyan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin 60 illik yubileyidir. Hər iki yubiley məktəb kollektivi üçün olduqca əhəmiyyətli, məsuliyyəti və qürur veririci bir hadisədir.

 

Bu münasibətlə 22 aprel tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “F.Əmirov - 100, F. Əmirov adına 6 № li onbirillik İncəsənət məktəbi - 60 illik” yubileyinə həsr olunmuş konserti keçirildi. Əsası 1962-ci ildə qoyulan bu tədris ocağı 2022-ci ilədək inkişaf yolu keçmiş, böyük uğurlar əldə etmişdir.

 

İlk olaraq qonaqlara filarmoniyanın foyesində sərgilənən Art-obyekt təqdim edildi. Piramida, üzrərində nar və onun içində yanan çıraq. Art-obyek iki qədim mədəniyyətin vəhdəti kimi təqdim edilmişdir. Bu sanki, bir prelüdiya idi. Piramidanın səthi üzrəində həm F.Əmirovun yaradıcılığına dair ekspanatlar, həm də məktəbin rəssamlıq və heykəltəraşlıq ixtisası üzrə təhsil alan şagirdlərin əl işləri, foto-şəkillər sərgilənmişdir.

 

Uzun müddətdir ki, gözlədiyimiz qələbəni biz unuda bilməzdik və foyedə xoreoqrafiya və xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərinin ifasında “Xarıbülbül” kompozisiyası (xoreoqraf Z.İbrahimova, T.Mustafayev) təsirli bir obraz yaratmış, viran edilən torpaqlarımızı yağı düşməndən azad edən igid mərd oğullarımız və əsirlikdən, tənhalıqdan xilas edilmiş xarıbülbül obrazlı təsvir olunmuşdur.
Tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, məktəbin tədris işləri üzrə direktor müavini Lətifəxanım Əliyeva çıxışında hər iki yubiley münasibətilə məktəbə ünvanlanan təbrik teleqramları haqqında qonaqlara məlumat verdi.

 

Qonaqlar arasında Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Vüsar Məmmədov, Binəqədi rayon İcra Hakimiyyətinin müavini S.Süleymanova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin Texniki müfəttişi Ç.İbrahimov da çıxışlarında məktəbin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etdilər.

 

Sonra isə bir-birinin ardınca məktəbin beynəlxalq müsabiqələr laureatı olan şagirdləri R.Zülfüqarov (VIII s.m.M.Tağızadə), E.Yusifov (VIII s.ş m.Q.Həsənov), T.Cəfərzadə (VI s.ş. m.G.Zairova), Ə.Manaflı (V s. ş. m.S.Süleymanlı), S.Quliyev ( V s.ş. m.K.Novruzbəyova), E.Hüseynzadə (IV s.ş. m.M.Tağızadə), H.Hacıyeva (VII s.ş. m.G.Süleymanova) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri ilə birgə ifaları (dirijor Mustafa Mehmandarov) tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

Konsertin sonunda bəstəkar, professor Adilə Yusifovanın Qarabağ zəfərinə ithaf olunmuş “Azərbaycan bayrağı” kantatasının premyerası oldu. İlk dəfə səslənən əsər həm qonaqları, həm iştirakçıları bir bayraq altında birləşdirdi. Rəna Mirzəyevanın şerinə yazılmış əsərin ifasını dinlərkən bizlər musiqimiz üçün əhəmiyyətli olan tarixi anları yaşadığımıza görə fəxr hissi keçirirdik. Simfonik orkestr, xor, uşaq xoru və xanəndə üçün nəzərdə tutulan kantata Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər G. İmanova), F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin xoru (xormeysterlər – Ü.Məstanova, İ. Aslanova) və C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin xoru (bədii - rəhbər M. Orucova), Xırdalan ş. Onbirillik Musiqi Məktəbi beynəlxalq və respublika laureatı IV s.ş. xanəndə F.Xəlilinin (m. Q.Əliyev) birgə ifasında səsləndi. Kantatada igidlərimizin mübarizəsi, müharibənin dəhşəti, anaların həyacanı, xalqımızın məğrurluğu, şəhidlərimizin qanı bahasına əldə edilmiş qələbə və azad edilmiş torpaqlarımızda dalğalanan üç rəngli bayrağın əzəməti əks olunmuşdur.

 

Rəğbətlə qarşılanan möhtəşəm yubiley konserti münasibətilə yenidən məktəb kollektivini təbrik edir. Hər zaman yaradıcılıq uğurları, şagirdlərə müvəffəqiyyətlər arzu edirik. Bu ocağının çırağı hər zaman gənc ifaçılar tərəfindən alovlansın, şölə saçsın.

 

Musiqişünas Ülkər Əlibalayeva.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020