“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)
Bu xəbəri paylaş
“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzində Masallı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatı ilə birlikdə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının sədri Bəxtiyar Qılıncov açıb, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Ulu öndər H.Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” fikrini diqqətə çatdıran YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Liderimizin xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs edib: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Odur ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlayıb. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Ümummilli Lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı. Ulu Öndərin mədəniyyət siyasəti bu gün cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin bütün sahələri – teatr, kino, kitabxana, muzey və.s işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanm Əliyevanın milli mədəniyyətimizin inkişafında xüsusi xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi, Xalça Muzeyinin binası analoqu olmayan arxitektura nümunəsidir. Bu siyahını uzatmaq da olar. Əsas odur ki, ölkəmizdə mədəniyyətin tərəqqisi davamlı xarakter almışdır...”
Mahmudavar Mədəniyyət evinin direktoru Natəvan Əliyeva, N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin medodisti Teleh Mikayılov və başqaları çıxış edərək Heydər Əliyevin mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyini, elə ona görə də mədəni-mənəvi dəyərləri qorumasını, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün tədbirlər gördüyünü, Heydər Əliyevlə bir epoxada yaşadığımız və Ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıya şahidlik etdiyimiz üçün xoşbəxt nəsil olduğumuzu bildiriblər.
Tədbiri Masallı Regional Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının sədri Bəxtiyar Qılıncov Ulu Öndərin: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” fikirləri ilə yekunlaşdırıb.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




