Siyavuş Kərimi: Öz həyatımdır özüm bilərəm.Niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?! - VİDEO
Bu xəbəri paylaş
Xalq Artisti Siyavuş Kərimi, Mtv Azərbaycan kanalı, "Üzə-düz" proqramı...
"Ailəmə çox bağlıyam. Övladlarımı çox sevirəm. Böyük oğlum musiqiçidir. O, hazırda Amerikada yaşayır. Ondan kiçik oğullarım isə biri tar, digəri fortepiano çalır. Yaş fərqi olsa da, onlar arasında da hörmət var. Nolsun ki, o uşaqdır, məgər ona acıqlanmalıyam? Xeyr! Uşaqlarım heç vaxt mənim yüksək sesimi eşitməyiblər. Çox çətin ki, bundan sonra da eşidələr. Sakit və təmkinli insanam. Evdə sərt deyiləm. Sərtliyi sevmirəm. Sərtlik ancaq işdə ola bilər. Xanımımla aramda yaş fərqi var. Amma bu önəmli deyil. Bizi xarakter, ruhumuz, düşüncəmiz, ortaq hər şey bağlayır. Yaşın nə fərqi var ki?! Heç bir qınağa fikir vermədim. Öz həyatımdır, özüm bilərəm. Mən niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?! Evdə tarazlıq qorunub, saxlanılmalıdır. Uşaqların tərbiyəsi ilə ana məşğul olur, əlbəttə onun işinə qarışmaq olmaz! Bir problem olanda, uşaq "ay ata" demir ki? "Ay ana"deyir. Hansı kişi evdə "dır-dır"ı sevər ki? Heç biri. Gülür... Evdə sakitçilik olsun. Gülüşü sevirəm ... "
"Yaradıcı insan öz əsərinin bəhrəsini görməlidir. Musiqiçilər gedib toydan qazanırlar, Allah bərəkət versin. Yaxşı, bəs bu şair, yazıçı, bəstəkar nə etsin? Onun əsəri hardasa istifadə olunursa, o bunun qonorarını almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı çatmalıdır. Müğənni mahnı üçün bəstəkar, şairə niyə pul ödəməlidir ki, başa düşmürəm?! Məsələn, bəstəkar mahnı üçün Mübariz Tağıyevi dəvət edir ki, ifa etsin, o bununçün pul ödəməli? Niyə? Mahnı dövlətə satılmalıdır. Dövlətin də alıcı təşkilatı olmalıdır. Bəstə hər dəfe radio, TV de satılanda o pul qəpik- qəpik yığılmalı və yaradıcı heyətin payına çatmalıdır. Mən 30 il olar ki, Avropadan verilişlərdən qonorar alıram. Sonuncu dəfə 700 dollar gəldi... "
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)