Gələcəyinin qatili olma! adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=4)

“Gələcəyinin qatili olma!” adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=4)

“Gələcəyinin qatili olma!” adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=4)

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019 - cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir. Bu mövzuya həsr olunmuş “Gələcəyinin qatili olma!” adlı növbəti tədbir 29 aprel 2022-ci il tarixində saat 14:00 da baş tutdu.

 

Tədbiri muzeyin əməkdaşı Fatimə Nəzərova giriş sözü ilə açaraq iştirakçılara bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə geniş məlumat verdi.

 

Tədbirdə eyni zamanda Bakı şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Elçin Rəhimov, Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin publik hüquqi şəxsi “Respublika Narkoloji Mərkəzi”- nin psixoloqu, psixoterapevt Ramin Allahverdiyev və Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Aytən Nadirli yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış etdilər. Həmçinin qonaqlara ünvanlanan əlavə suallar da ətraflı şəkildə cavablandırıldı.

 

Tədbir çərçivəsində iştirakçılara muzey əməkdaşları tərəfindən hazırlanmış video-çarx nümayiş olundu.
Sonda xatirə şəkli çəkildi.

 

Tədbirin auditoriyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin, Bakı Xoreoqrafiya Akademiyasının tələbələrindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.
.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020