COĞRAFİYAÇI ALİM TELEVİZİYADA HAVANIN ÇİRKLƏNMƏSİ BARƏDƏ DANIŞIB +VİDEO

COĞRAFİYAÇI ALİM TELEVİZİYADA HAVANIN ÇİRKLƏNMƏSİ BARƏDƏ DANIŞIB 

 

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov İTV kanalında yayımlanan “Səhər” proqramının qonağı olub.

Ümumdünya Yer Kürəsi Günü münasibətilə televiziyaya dəvət olunan alim havanın çirklənməsi haqqında geniş müsahibə verib. O bu günün qeyd olunmasının tarixi və əhəmiyyəti, ozon təbəqəsinin insan həyatındakı rolu, maqnit qasırğalarının orqanizmə təsiri və s. haqqında məlumat verib. Professor xəzri və gilavar küləklərini müqayisə edərkən qeyd edib ki, gilavar küləyində atmosfer təzyiqi aşağı düşür, oksigenin sıxlığı azalır. Xəzri küləyində isə əksinə - atmosfer təzyiqi qalxır, oksigenin sıxlığı artır. Bu səbəbdən qan təzyiqi yuxarı olan xəstələr şimal küləyi olmasına baxmayaraq, xəzri küləyində özlərini daha yaxşı hiss edirlər. Bu isə bir daha insanların atmosferdən asılılığını göstərir.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020